Joze Alesio: "Yaxşı hazırlaşmışıq və qrupu lider başa vurmaq istəyirik"

Joze Alesio: "Yaxşı hazırlaşmışıq və qrupu lider başa vurmaq istəyirik"

DÇ-2024-ün əsas qrup mərhələsində martın 7-də Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını oyunun keçiriləcəyi Koşalin idman zalında davam etdirir.

mediasport.az xəbər verir ki, komandamızın baş məşqçisi Joze Alesio da Silva hazırlıq və oyunçuların durumu ilə bağlı düşüncələ\rini bölüşüb.

- Polşa ilə oyun zamanı meydanda tətbiq etmək istədiyim bəzi məqamlar var ki, az da olsa, onların üzərində işləyirik. Düzdür, ilk məşqdə elə də çox vaxtımız olmadı. Çünki bura gəlmək üçün xeyli yol qət etmişik, uşaqlarda yorğunluq var. Müdafiədən hücuma çıxmağa, 5-in 4-də oyunla bağlı müəyyən taktiki çalışmalara vaxt ayırdıq.

55 yaşlı mütəxəssis bəzi futzalçıların məşqdə iştirak etməməsindən də danışıb: "Bilirəm ki, rəqibimiz də bizimlə matça yaxşı hazırlaşır. Hətta onlar tərəfindən verilən müsahibələr, açıqlamalarla da tanışam. Hər dəfə qələbə qazanmaq istədiklərini qeyd edirlər. Onlara hörmətlə yanaşırıq, amma biz də bu qədər yolu qələbə qazanmaq üçün qət etmişik. Oyuna yaxşı hazırlaşmışıq və qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik. Bəzi futzalçılar məşqdə iştirak edə bilmədilər. Bolinya qrip olub, Felipinyo və Ramiz Çovdarovun isə yüngül zədəsi var. Allahın köməyi ilə onlar Polşa ilə oyunda bizə kömək edəcəklər”.