Yarımfinalda uduzan millimiz bürünc medal üçün yarışacaq
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatında qızıl medal uğrunda mübarizəni dayandırıb.
Mediasport.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv yarımfinalda Çexiya yığmasına uduzub - 1:4.
Futbolçularımız bürünc medal uğrunda görüşə çıxacaqlar.
Rəqib Slovakiya - Serbiya cütünün məğlubu olacaq.