Qızlarımız yarımfinala qrup lideri kimi vəsiqə qazandılar - Avropa çempionatı

Qızlarımız yarımfinala qrup lideri kimi vəsiqə qazandılar - Avropa çempionatı

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandası Andorrada keçirilən Avropa çempionatının C Divizionunda yarımfinala vəsiqə qazanıb.

MediaSport.az xəbər verir ki, yığmamız B qrupundakı son oyununda yerli komandaya da qalib gələrək qrup lideri olub.

Gərgin keçən matç 69:64 hesablı ilə yekunlaşıb. Qızlarımız iyulun 22-də yarımfinalda Gürcüstan yığması ilə qarşılaşacaqlar.