14 yaşlı azərbaycanlı idmançı Portuqaliyada bürünc medal qazandı
Azərbaycanın stolüstü tennisçisi Adil Əhmədzadə Portuqaliyada keçirilən "WTT Youth Contender Vila Real 2023" turnirində uğurla çıxış edib.
mediasport.az xəbər verir ki, qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərinə qalib gələn 14 yaşlı idmançı daha sonra müvafiq olaraq Polşa, Peru və Ruminiyadan olan rəqiblərini məğlub etməklə yarımfinala çıxıb.
Finalın bir addımlığında italiyalı rəqibinə uduzan Əhmədzadə bürünc mükafata layiq görülüb.