Yığmamız Avropa çempionatına hazırlaşır

Yığmamız Avropa çempionatına hazırlaşır

Kikboksinq üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır.

mediasport.az xəbər verir ki, yığma ilin son yarışına hazırlıqlarını baş məşqçi Elşən Abdulrəhimovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun zalında keçir.

Qarşıdakı qitə çempionatı 2023-cü il 21 iyun - 2 iyulda Polşanın Krakuf şəhəri və Malopolska bölgəsində təşkil olunacaq III Avropa Oyunlarına, eləcə də gələn il 5-14 oktyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq III Ümumdünya Kombat Oyunlarına lisenziya veriəcək.

"Full contact" üzrə 5, "Low kick" üzrə 6 çəki dərəcəsi üzrə lisenziya döyüşləri keçiriləcək. "Full contact"da "8-liy"ə düşənlər Avropa Oyunlarına, "Low kick"də "4-lüy"ə düşən idmançılar isə Ümumdünya Kombat Oyunlarına lisenziya qazanacaq.

Milli komanda ilə məşq edən heyətdə ötən ay gənclər arasında Dünya çempionatında qızıl medal qazanmış Amin Quliyev və Elvin Məmmədov da var. Onlar üçün bu Avropa çempionatı böyüklərin yarışında debüt olacaq.

Avropa çempionatı 14-19 noyabr tarixlərində keçiriləcək.