Yığmamız Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, bu gün start götürəcək yarışda 9 komanda mübarizə aparacaq.
Turnirdə yığmamızla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın komandaları mükafatlar uğurunda yarışacaq.
Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubu ilə birgə A qrupunda çıxış edəcək. Həndbolçularımız ilk oyununu mayın 16-ı saat 10:30-da OKMK klubuna qarşı keçirəcək.
Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər.
Turnirə mayın 21-də yekun vurulacaq.