"Bakı" və "Azəryol" qalib gəlib

"Bakı" və "Azəryol" qalib gəlib

Həndbol üzrə 30-cu Azərbaycan çempionatında 7-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə həm qadınların, həm də kişilərin mübarizəsində 1 oyun keçirilib.

Qarşılaşmaların hər ikisi "AHF Arena" İdman Kompleksində baş tutub. Turun digər oyunlarının 13, 14, 21 yanvar tarixlərində keçirilməsi nəzərdə tutulub.

Həndbol üzrə 30-cu Azərbaycan çempionatı. 6-cı tur. Qadınların mübarizəsi

"Bakı" - "Gənclər Birliyi" 35:25

Kişilərin mübarizəsi

"Dinamo" - "Azəryol" 24:49