Yığmamızın futbolçusu Cənubi Koreyada növbəti oyununu keçirdi
Milli komandamızın müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın K-1 adlanan birinci liqasında mübarizə aparan “Tecon Xana Sitizen” klubunda növbəti oyununu keçirib.
mediasport.az xəbər verir ki, Tecon təmsilçisi səfərdə “İnçeon”un qonağı olub.
Altı qolun vurulduğu və 3:3 hesabı ilə başa çatan qarşılaşmaya start heyətdə başlayan Anton 90 dəqiqə meydanda olub. O, 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Komanda geridə qalan iki turdan sonra dörd xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.