Kadetlər arasında Bakı zonasının birinciliyinə start verilib

Kadetlər arasında Bakı zonasının birinciliyinə start verilib

Boks üzrə kadetlər arasında Bakı zonasının birinciliyinə start verilib.

Mediasport.az xəbər verir ki, Sumqayıt və Naxçıvan zonasından sonra baş tutan yarış paytaxtda Boks Mərkəzində keçirilir.

Birinciliyə Bakının müxtəlif klublarını və idman cəmiyyətlərini təmsil edən 37 komanda qatılıb.

17 çəki dərəcəsində 202 boksçu mübarizə aparacaq.

Yarış 6 gün davam edəcək.

Növbəti turnirlər Qərb, Şimal və Cənub zonaları üzrə olacaq.

Yarışların təşkilində əsas məqsəd boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsidir.