Polkovnik-leytenant millimizin üzvü olan qızı ilə birlikdə federasiyanı məhkəməyə verib

Polkovnik-leytenant millimizin üzvü olan qızı ilə birlikdə federasiyanı məhkəməyə verib

Qadınlardan ibarət boks üzrə Azərbaycan milli komandasının üzvü Emili Rzayeva atası Emil Rzayevlə birlikdə Muay-Tay və Uşusan Federasiyasını məhkəməyə verib.

Mediasport.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, sözügedən şəxslər mülki işlə bağlı məhkəməyə müraciət ediblər. 

Emili Rzayeva Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emil Rzayevin qızıdır. 

O, Azərbaycan boksunun tarixində ilk Avropa çempionu adını qazanan xanım idmançımızdır.

Rzayeva həmçinin uşusanda-budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələriarası və beynəlxalq turnirlərin mükafatçısı, kikboksda K-1 versiyası üzrə Avropa və dünya çempionudur, idman ustasıdır.