Azərbaycan çempionu İspaniya klubuna qarşı - Çelenc Kuboku

Azərbaycan çempionu İspaniya klubuna qarşı - Çelenc Kuboku

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, ölkə çempionu İspaniyanın “Avarka de Menorka” klubu ilə qarşılaşacaq.

“Dəmiryolçular”ın ispanlarla dueli Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirəcək.

Qeyd edək ki, təmsilçimiz əvvəlki mərhələdə Ukraynanın “Balta” komandasına qalib gəlmişdi.


Çelenc Kuboku. 1/16 final, ilk oyun

19:00. “Azərreyl” (Azərbaycan) - “Avarka de Menorka” (İspaniya)

Bakı. Voleybol Mərkəzi