Yüksək Liqada təxirə salınmış oyunların vaxtı açıqlandı

Yüksək Liqada təxirə salınmış oyunların vaxtı açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

mediasport.az xəbər verir ki, bu görüşlər fevralın 25-də və 28-də keçiriləcək.

Fevralın 25-də saat 15:00-da VI turdan təxirə salınmış “Xarıbülbül” - “Murov”, 28-də isə saat 16:00-da VII turdan təxirə salınan “Xarıbülbül” - MOİK qarşılaşması oynanılacaq.