"Zirə"dən ikinci transfer

"Zirə"dən ikinci transfer

Transfer çalışmalarını davam etdirən "Zirə" Fuad Bayramovla anlaşıb.

MediaSport.az saytına daxil olan məlumata görə, Rəşad Sadıqovun komandası "Şamaxı" ilə vidalaşan müdafiəçi ilə 2 illik razılıq əldə edib.

Mövsümlərarası fasilədə 11 futbolçu ilə yollarını ayıran qəsəbə təmsilçisi 25 yaşlı Bayramovun transferini bu gün-sabah açıqlayacaq.

Qeyd edək ki, zirəlilər "Qəbələ" ilə müqaviləsi başa çatmış Məqsəd İsayevlə də müqavilə bağlayıblar.