Zülfüqarov Avropa çempionatında

Zülfüqarov Avropa çempionatında

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Avropa çempinatının oyunlarını idarə edəcək.

mediasport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, həmyerlimiz D qrupunun qarşılaşmalarında meydana çıxacaq. 

Estoniyanın ev sahibliyi etdiyi bu qrupda mübarizə avqsutun 16-da başlayacaq. Estoniya ilə yanaşı, Finlandiya, Fransa, Slovakiya, İspaniya və Niderland yığmaları bu qrupda yer alıblar.