Son çempion yeni mövsümə məğlubiyyətlə start verib
Bu gün voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2023/2024 mövsümünə start verilib.
Mediasport.az xəbər verir ki, Bakı İdman Sarayında Yüksək Liqaların təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə AVF rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev və digər qonaqlar iştirak ediblər.
Qadın voleybolçular arasında Azərbaycan çempionatına son çempion “Azərreyl”in kubokun sahibi “Abşeron”la dueli ilə start verilib.
Qarşılaşma "Abşeron"un qələbəsilə yekunlaşıb - 3:1 (27:25, 23:25, 25:16, 25:20).