Özbəkistanlı mütəxəssis millimizin baş məşqçisi təyin edildi - RƏSMİ
Kişi boksçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.
Azərbaycan Boks Federasiyasından (ABF) Mediasport.az saytına verilən məlumata görə, yığma ötən ildən ABF-də texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.
44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.
2016-2023-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb.
İBA-nın 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistan Respublikasının əməkdar məşqçisidir.
“Dostluq Ordeni” ilə təltif olunub. 2016-cı ildə beynəlxalq mükafatın laureatı olub.
Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.
Qeyd edək ki, R.Xocayev bu postda müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.