Milli komandamız "Asiya uşaqları" Oyunlarını 4 medalla başa vurub
Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları yekunlaşıb
Mediasport.az xəbər verir ki, milli komandamız turniri 4 medalla başa vurub.
Yarışın son günündə Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib.
Ondan əvvəl isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar.