Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Bu gün böyüklər arasında stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

Mediasport.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçiriləcək yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışa oktyabrın 7-də yekun vurulacaq. Fəxri kürsüyə qalxan idmançılara AGİN-in medal və diplomları, həmçinin, ASTF-nin mükafatları təqdim olunacaq.

Çempionatın ilk günündə komanda yarışlarında qaliblər müəyyənləşib:


Qadınlar:

1) Sumqayıt – 1

2) Bakı -1

3) Sumqayıt - 2, Bakı -2

Kişilər:

1) Bakı -2

2) Bakı – 3

3) Bakı – 1, Sumqayıt