12 yaşlı dünya və Avropa çempionumuz Türkiyədə 2-ci oldu
Naxçıvan karateçisi beynəxalq turnirin mükafatçısı olub.
MediaSport.az xəbər verir ki, Türkiyədə Çanaqqala Open Beynəlxalq Karate turnirində böyüklər, uşaq, yeniyetmə, gənclər olmaqla 1000-dən çox idmançı fərdi və komanda növündə medallar uğrunda mübarizə aparıb.
Naxçıvan Karate-do Federasiyasının idmançısı, 52 kq çəkidə mübarizə aparan Rafiq Hüseynli 12 yaşlılar arasında kumite yarışında 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.
Qeyd edək ki, Rafiq dünya və Avropa çempionudur.