Bakıda keçiriləcək dünya çempionatının vaxtı dəqiqləşib

Bakıda keçiriləcək dünya çempionatının vaxtı dəqiqləşib

2025-ci ildə Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının vaxtı dəqiqləşib.

Mediasport.az xəbər verir ki, mundial mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq.

Turnirin təqvimi və biletlərlə bağlı məlumat yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanın minifutbol üzrə dünya çempionatına ev sahibliyi etməsi ilə bağlı müqavilə ötən gün imzalanıb.

Son DÇ ötən il Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xeymə şəhərində keçirilib və millimiz 4-cü yeri tutub.