Azərbaycan çempionatı: İlk oyun günündə qapılara 18 qol vuruldu

  Azərbaycan çempionatı: İlk oyun günündə qapılara 18 qol vuruldu

Minifutbol üzrə Azərbaycan çempionatında 3-cü turun qarşılaşmalarına start verilib.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 3 görüş keçirilib və ümumilikdə 18 qol qeydə alınıb.

"Qalaksi", "Siyəzən" və "Star Bakı" turu qələbə ilə başa vurub.

Bu gün baş tutacaq 2 görüş Azərbaycan Minifutbol Federasiyasının rəsmi "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Minifutbol üzrə. Azərbaycan çempionatı. 3-cü tur

16 oktyabr

"Göyçə" - "Qalaksi" 0:2

"Siyəzən" - "Laçın" 6:1

"Star Bakı" - "Bakı145" 6:3

17 oktyabr

19:15 "Altay Füzuli" - "Şamaxı"

20:30 "Çinar Zəngilan" - "Sumqayıt"