2 boksçumuz Avropa Kubokunda medalı təmin edib
Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib.
Mediasport.az xəbər verir ki, Malik Həsənov (63,5 kq) və Mirşərif Kazımzadə (75 kq) yarımfinala yüksəlməklə buna nail olublar.
M.Həsənov 1/4 finalda fransalı Lunes Hamrauini mübarizədən kənarlaşdırıb. O, yarışda üçüncü döyüşünü israilli Ahmat Ştiviyə qarşı keçirəcək.
M.Kazımzadə isə yarımfinal yolunda Qabriel Debaniçə (Xorvatiya) 5:0 hesabı ilə qalib gəlib. İdmançımızın növbəti rəqibi rusiyalı Cambulat Bijamov olacaq.
Hər iki boksçu yarımfinal görüşünə oktyabrın 13-də çıxacaq.
Qeyd edək ki, Avropa Kubokunun beşinci günündə millimizin 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67 kq) Canluici Malanqa (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) isə Miroslav Kapulerlə (İsrail) üz-üzə gələcək.