Daha iki qadın boksçumuz Avropa çempionatında 1/4 finala çıxıb
Azərbaycanın daha iki qadın boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Mediasport.az xəbər verir ki, 52 kq çəkidə yarışan Zeynəb Rəhimova 1/8 finalda Polşa təmsilçisi Nikola Primaçenkoya qalib gələrək adını 1/4 finala yazdırıb.
57 kq-da rinqə çıxan Məhsəti Həmzəyeva isə macarıstanlı Rebeka Dobosuya güzəştə getməyib.
Qeyd edək ki, bu gün 48 kq-da çıxış edən Anaxanım İsmayılova da 1/8 final görüşünü qələbə ilə başa vurub.
Azərbaycan qitə birinciliyində 5 qadın boksçu ilə təmsil olunur.
Marjona Savriyeva (51 kq) və Şəhla Allahverdiyeva (66 kq) da ölkəmizi təmsil edir.