Azərbaycan 2-ci Liqasında 5-ci tur başlanır - Sumqayıtda şimal derbisi

Azərbaycan 2-ci Liqasında 5-ci tur başlanır - Sumqayıtda şimal derbisi

Bu gün Azərbaycan 2-ci Liqasında 5-ci tura start veriləcək.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə "Qusar" Sumqayıtda "Şimal"la qarşılaşacaq.

Turun digər görüşləri 1-2 oktyabrda baş tutacaq.

Qarşılaşmalar Peşəkar Futbol Liqasının (PFL) "I/II Liqa" "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan 2-ci Liqası. 5-ci tur

30 sentyabr (bazar ertəsi)

15:30 "Qusar" - "Şimal"

Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Seymur Səlimli

Sumqayıt. "Kapital Bank Arena" (ehtiyat meydança).