Polşa çempionu "Qarabağ" üçün Azərbaycana yola düşdü
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Rakuv" Azərbaycana yola düşüb.
MediaSport.az xəbər verir ki, Polşa çempionu bir neçə dəqiqə öncə hava limanından Bakıya istiqamət alıb.
Komanda Bakıya çarter reysi ilə təşrif buyuracaq.
Komandalar arasında cavab matçı avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.
Tərəflər arasında Çestoxovoada baş tutmuş ilk dueldə polşalılar 3:2 hesabı ilə qalib gəliblər.