2 qızıl, 2 bürünc - Güləşçilərimiz Türkiyədə 4 medal qazandılar
Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.
MediaSport.az xəbər verir ki, ənənəvi yarışın üçüncü günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıblar.
Qadın güləşində Birgül Soltanova (62 kq), sərbəst güləşdə Maqomed-Başir Xaniyev bütün rəqiblərinə qalib gələrək çempion olub. Sərbəst güləşdə isə 65 kq-da Zirəddin Bayramovla Rəşid Babazadə üçüncü yeri tutub.
Qeyd edək ki, əvvəlki günlərdə yunan-Roma güləşçilərimiz 3 medala yiyələniblər. Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) 2-ci, Məhəmməd Əhmədiyev (87 kq) isə 3-cü olub