Azərbaycan güləşçiləri beynəlxalq turniri 11 medalla başa vurdular
Azərbaycanın gənc yunan-Roma güləşçiləri Qazaxıstanın Olimpiya və Dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunan beynəlxalq turniri 11 medalla başa vurublar.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, Astanada təşkil edilən yarışda U-20 yığmasının üzvləri ümumilikdə 3 qızıl, 3 gümüş, 5 bürünc medal qazanıblar.
Memorialın son günündə İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olublar. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) finalda məğlub olaraq gümüş mükafata yiyələniblər. Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə ediblər.
Bundan əvvəl turnirdə Ruslan Nurullayev (72 kq) birinci, İsmayıl Rzayev (82 kq) ikinci, Fərid Sadıxlı (55 kq) üçüncü yeri tutub.
Ənənəvi yarışda ölkəmizi hakim kimi beynəlxalq dərəcəli referi Əli Babayev təmsil edib.