Parataekvondo komandamız Fransa Qran-prisinə yollanıb

Parataekvondo komandamız Fransa Qran-prisinə yollanıb

Parataekvondo üzrə Azərbaycan milli komandası Fransada keçiriləcək Qran-pridə iştirak edəcək.

Mediasport.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadə G6 kateqoriyalı yarışda yığmanın 3 üzvünə şans verəcək.

Avqustun 30-da start götürəcək turnirdə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaq.

Hər 3 parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayacaq.