300-ə yaxın cüdoçu çempionluq uğrunda mübarizə aparacaq
18 yaşa qədər qızlar və oğlanlar arasında cüdo üzrə Sumqayıt şəhər birinciliyi keçiriləcək.
Mediasport.az xəbər verir ki, turnir Azərbaycan Cüdo Federasiyasının (ACF) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.
18 çəki dərəcəsində 300-ə yaxın cüdoçu Sumqayıt Olimpiya İdman Kompleksində birincilik uğrunda mübarizə aparacaq.
23-24 dekabrda keçiriləcək yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Qeyd edək ki, turnir müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.