Favoritlərin duelində NTD "Sabah"a qalib gəlib lider oldu

Favoritlərin duelində NTD "Sabah"a qalib gəlib lider oldu

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 12-ci turu çərçivəsində daha iki oyun baş tutub.

mediasport.az xəbər verir ki, günün ilk görüşü çempionatın liderləri sayılan "Sabah" və NTD komandaları arasında keçirilib. Oyunun sonunda geri dönüş edən NTD basketbolçuları rəqibi üzərində 79-75 hesablı qələbə qazanaraq çempionatın vahid lideri olublar.

Günün son oyununda "Neftçi İK" və "Gəncə BK" basketbolçuları üz-üzə gəliblər. Bərabər mübarizə şəraitində davam edən oyunun yekunda paytaxt klubu rəqibi üzərində 81-78 hesablı qələbə qazanıb.