3 karateçimiz İndoneziyada bürünc medal döyüşünə çıxacaq

3 karateçimiz İndoneziyada bürünc medal döyüşünə çıxacaq

Bu gün karate üzrə milli komandamızın üç üzvü - Ayxan Mamayev (84 kq), Mədinə Sadiqova (55 kq) və Renata Ərəbli (61 kq) İndoneziyanın paytaxtı Cakartada keçirilən Seriya A turnirinin bürünc medalı uğrunda həlledici görüşə çıxacaq.

Federasiyadan mediasport.az saytına verilən məlumata görə, M.Sadiqova Yaponiya idmançısı, R.Ərəbli Taypeyli karateçi ilə münasibətlərini aydınlaşdıracaq.

Ayxan Mamayev isə İran təmsilçisi ilə görüşəcək.

Mövsümün son Seriya A turnirinə 65 ölkədən 661 karateçi qatılıb.