Üzgüçülük Federasiyasının rəsmiləri Afinaya yollanıblar

 Üzgüçülük Federasiyasının rəsmiləri Afinaya yollanıblar

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) rəsmiləri Mark Koqanov Fəxri Həsənov Yunanıstanda keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) hesabat-seçki konfransında iştirak edirlər.

Mediasport.az xəbər verir ki, Afinadakı tədbirdə LEN-in gələcəkdə görüləcək işlərinin müzakirəsi nəzərdə tutulub.

Həmçinin, digər yeniliklər, keçirilməsi planlaşdırılan yarışların təşkili məsələləri də söhbət mövzusu olacaq.