Gənc atıcılarımız Dünya Kubokunda finala çıxıblar

Gənc atıcılarımız Dünya Kubokunda finala çıxıblar

Azərbaycan atıcıları İspaniyanın Qranada şəhərində keçirilən gənclər arasında güllə atıcılığı üzrə Dünya Kubokunda uğurla çıxış edirlər.

Mediasport.az xəbər verir ki, təmsilçilərimiz finala yüksəliblər.

Leyli Əliyeva və Vladislav Kalmıkov qarışıq komanda yarışlarında mərhələ adlayıblar.

Sofiya Barxalova və Hacı Musayev isə ispaniyalı rəqiblərilə eyni xal toplasalar da, mərkəzi atışlarda zəif nəticə göstərdikləri üçün 5-ci yeri tutublar.