Əsas yığmalardan növbəti FİASKO: 13 cüdoçuya 1 medal - "Böyük dəbilqə"
Kişi və qadın cüdoçulardan ibarət A milli komandalarımız son illər əksər beynəlxaq yarışlarda olduğu kimi, Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunmuş "Böyük dəbilqə" turnirində də uğusuz çıxış ediblər.
8 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunan ölkəmiz adına yalnız bir medal qazanılıb.
Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib çıxıb.
Yarışın son günündə tatami üzərinə çıxan 5 idmançımız da medalsız qalıb.
Azərbaycanı "Böyük dəbilqə"də qadınların mübarizəsində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi -48 kq), Aydan Vəliyeva (-52 kq), oğlanların yarışında isə Kəramət Hüseynov, Yaşar Nəcəfov (hər ikisi -66 kq), İbrahim Əliyev, Nurlan Osmanov (hər ikisi -73 kq), Zelim Tçkayev (-81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi -90 kq), Zelim Kotsoyev (-100 kq) və Uşangi Kokauri, Camal Qamzatxanov (+100 kq) təmsil ediblər.
MediaSport.az