"Ən azı 3-4 medal götürməyə çalışacağıq" - Federasiya prezidenti

"Ən azı 3-4 medal götürməyə çalışacağıq" - Federasiya prezidenti

"İnanıram ki, Bakıya qələbə ilə qayıdacağıq".

MediaSport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Polşada keçiriləcək III Avropa Oyunları ilə bağlı danışarkən deyib.

Funksioner turnirə hazırlıqların pis getmədiyini bildirib: "Kumite növündə ən çox lisenziyanı biz qazanmışıq, 4 kişi və 4 qadın idmançı ilə təmsil olunacağıq. Bu isə o deməkdir ki, federasiyada hərtərəfli iş gedir. Ən azı 3-4 medal götürməyə çalışacağıq. Amma hamısı qızıl ola bilməz. Rəqabət də çox böyükdür. Bizim idmançıları hər kəs tanıyır. Onların lider olduqlarını bilirlər və var gücləri ilə mübarizə aparırlar. İrina Zaretska, Asiman Qurbanlı, Əminağa Quliyev, Mədinə Sadıqova və digərləri medal əldə edə bilərlər. Əyarı isə yarışda görəcəyik".

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-dək davam edəcək.