2 qol vurub rəmzi heyətə düşən Mahir Emrelidən təşəkkür mesajı - FOTO
Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Xorvatiya çempionatında "Riyeka"nı məğlub etdikləri matçdan sonra sosial şəbəkə hesabında paylaşım edib.
mediasport.az xəbər verir ki, komandasının 7:2 hesablı qələbəsində pay sahibi olan forvard instaqram hesabında "Bu komandanın bir parçası olduğum üçün qürurluyam. Komanda yoldaşlarıma təşəkkür edirəm" - yazıb.
25 yaşlı futbolçu 71-ci dəqiqədə meydana çıxıb və 13 dəqiqəyə 2 qol vurub. Yeri gəlmişkən, Mahir dünənki performansı ilə "SofaScore" tətbiqi tərəfindən 17-ci turun rəmzi "11-liy"inə seçilib. 25 yaşlı futbolçunun 4 komanda yoldaşı da simvolik heyətdə yer alıb.