9 boksçumuz Avropa çempionatının 1/4 finalına çıxdı
Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub.
mediasport.az xəbər verir ki, 1/4 finala gedən yolda Azərbaycan millisinin daha 2 boksçusu rinqdən qələbə ilə ayrılıb.
Toğrul Quliyev (57 kq) Sonni Hollinqsvortla (İngiltərə) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib.
Səftər Məmmədzadə (90 kq) də 1/8 final səddini uğurla adlayıb. Yan Vimzalla (İBAC) döyüşən təmsilçimiz 5:0 (30:26, 30:24, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq boksçularımızın sayı 9-a çatıb.
Quliyev və Məmmədzadə ilə yanaşı, Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdiyev (80 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaq.