Ağayevə növbəti təyinat

Ağayevə növbəti təyinat

Bu gün Avropa Voleybol Konfederasiyası (CEV) çərçivəsində keçiriləcək 1/8 final mərhələsinin matçını azərbaycanlı hakim idarə edəcək.

Mediasport.az xəbər verir ki, beynəlxaq dərəcəli voleybol hakimi Fuad Ağayev kişi voleybolçulardan ibarət qarşılaşmaya təyinat alıb.

O, Türkiyənin "Arkas İzmir" və Çexiyanın "Karlovarsko" komandalarının duelində ədalət təmsilçisi olacaq.