ABŞ-li legioner yeni mövsümdən Azərbaycan klubunda oynayacaq
"Abşeron" Basketbol Klubu heyətinə amerikalı oyunçu cəlb edib.
Mediasport.az xəbər verir ki, Villiam Cenkinslə 1 illik müqavilə imzalanıb.
28 yaşlı oyunçunun sonuncu iş yeri "Vinsent Dublin" (İrlandiya) olub.
O, karyerası ərzində Avstraliya və Lüksemburqda da legioner həyatı yaşayıb.