Azərbaycan Basketbol Liqası: Yeni mövsümün birinci turu yekunlaşır

Azərbaycan Basketbol Liqası: Yeni mövsümün birinci turu yekunlaşır

Bu gün Azərbaycan Basketbol Liqasında yeni mövsümün birinci turuna yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma keçiriləcək.

Buna qədər "Naxçıvan" "Neftçi"ni (84:79), "Abşeron" NTD-ni (75:69), "Gəncə" "Lənkəran"ı (90:75) məğlub edib.

Azərbaycan Basketbol Liqası. 1-ci tur

20 oktyabr

12:30 "Sabah" - "Sərhədçi"

Bakı İdman Sarayı.

14:00 "Şəki" - "Quba"

Şəki Olimpiya İdman Kompleksi.

20:00 "Sumqayıt" - "Ordu"

Sumqayıt Olimpiya İdman Kompleksi.