AÇ: Estoniya - Xorvatiya oyununda AVF rəsmisi iş başında olacaq

 AÇ: Estoniya - Xorvatiya oyununda AVF rəsmisi iş başında olacaq

Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.

Mediasport.az xəbər verir ki, federasiya rəsmisi D qrupunda yer alan Estoniya və Xorvatiya komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Avqustun 24-də Estoniyanın Tallin şəhərində keçiriləcək oyunun hakimləri polşalı Magdalena Niewiarowska və almaniyalı Benedikt Geukes olacaq.