AFFA rəsmisi Trabzonda

AFFA rəsmisi Trabzonda

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.

mediasport.az xəbər verir ki, Türkiyədə "Trabzonspor" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda UEFA matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Görüş noyabrın 3-də Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi”ndə keçiriləcək.