Ali qurumun prezidenti Bakıda keçiriləcək yarışda iştirak edəcək

  Ali qurumun prezidenti Bakıda keçiriləcək yarışda iştirak edəcək

Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FİDE) Arkadi Dvorkoviç Bakıya gəlib.

Mediasport.az xəbər verir ki, ali şahmat qurumunun rəhbəri bu gün "Baku Open 2024" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcək.

Bakı İdman Sarayında keçiriləcək açılış mərasimi saat 14:30-da start götürəcək.

Beynəlxalq turnirdə 12 ölkədən 328 şahmatçı yarışacaq.