Dünya çempionu Bakıya gəlməyəcək

Dünya çempionu Bakıya gəlməyəcək

Şahmat üzrə 17-ci dünya çempionu çinli qrossmeyster Din Liren iyulun 30-dan avqustun 24-dək Bakıda keçiriləcək Dünya Kuboku yarışlarında iştirak etməyəcək.

mediasport.az xəbər verir ki, Hikaru Nakamura (ABŞ), Əlirza Firuzca (Fransa), Vişvanatan Anand (Hindistan) və Rixard Rapport (Macarıstan) kimi məşhurlar da paytaxtımıza gəlməyəcklər.

Şahmat tacı uğrunda son iki görüşün iştirakçısı, rusiyalı Yan Nepomnyaşi və keçmiş dünya çempionu, dünya reytinqinin lideri norveçli Maqnus Karlsen isə turnirdə iştiraklarını təsdiqləyiblər.