Almaniya milli komandasının baş məşqçisi ilə bağlı yeni QƏRAR
Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmannla bağlı yeni qərar verilib.
Mediasport.az xəbər verir ki, Almaniya Futbol İttifaqı 36 yaşlı mütəxəssislə 1 il olan anlaşma müddətini uzadıb.
Gənc çalışdırıcı 2026-cı ilin sonuna qədər Bundestimin baş məşqçisi olacaq.
Qeyd edək ki, Nagelsmann millinin "sükan"ı arxasına ötən ilin sentyabrında gətirilib.