DÇ-2022: Argentina 1/4 finalda

DÇ-2022: Argentina 1/4 finalda

Dünya Kubokunda ikinci 1/4 finalçı müəyyənləşib.

mediasport.az xəbər verir ki, 1/8 finalın Argentina - Avtsraliya qarşılaşmasından sonra Lionel Skaloninin başçılıq etdiyi cənubi amerikalılar çətinliklə də olsa, mərhələni keçən tərəf olublar.

Lionel Messinin karyerasına 1000-ci oyun kimi düşən və 35 yaşlı ulduzun qol vurduğu görüş argentinalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Kollektiv 1/4 finalda Niderland yığması ilə üz-üzə gələcək.


Dünya Kuboku. 1/8 final

Argentina - Avstraliya 2:1

Qollar: Lionel Messi, 35, Julian Alvares, 57 - Kreyq Qudvin, 77.