Avzərbaycan idmançısından Avropa çempionatında 3-cü medal

Avzərbaycan idmançısından Avropa çempionatında 3-cü medal

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında növbəti medalı qazanıb.

Mediasport.az xəbər verir ki, idmançımız yarışın dördüncü günündə 100 metr məsafəyə sərbəst üzmə üsulunda finalda finişə üçüncü çataraq bürünc medal əldə edib.

Turnirin ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda qızıl medal qazanan təmsilçimiz növbəti gün eyni məsafəyə kəpənək üsulu ilə üzmədə gümüş mükafata yiyələnib.

Milli komandanın digər üzvü Vəli İsrafilov isə yarışın üçüncü günündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.