Atıcılıq üzrə yığmamız Polşada medala həsrət qaldı - Avropa Oyunları

Atıcılıq üzrə yığmamız Polşada medala həsrət qaldı - Avropa Oyunları

Azərbaycan atıcıları Polşada keçirilən III Avropa Oyunlarında çıxışlarını başa vurublar.

MediaSport.az xəbər verir ki, kişilərin mübarizəsində Ruslan Lunyov, qadınlarda isə Ülviyyə Eyvazova ilə Aydan Camalova medalçılar sırasına düşə bilməyiblər.

İkiqat Avropa çempionumuz Lunyov yarımfinalda 25 metr məsafəyə tapança ilə atəş açmada büdrəyib və qrupu sonuncu - 4-cü pillədə tamamlayıb.

Ülviyyə Eyvazova və Aydan Camalova təsnifat mərhələsinin (trap) 2-ci günündə finaldan kənarda qalıblar. Eyvazova 125 hədəfdən 120-ni, Camalova isə 125-dən 114-nü vurub. Beləcə, milli komandamızın atıcıları əksər təmsilçilərimiz kimi, Avropa Oyunlarını medalsız tərk ediblər.