Atletimiz Lamiyə Vəliyeva İtaliya Qran-Prisində çempion oldu

Atletimiz Lamiyə Vəliyeva İtaliya Qran-Prisində çempion oldu

Azərbaycan paraatleti Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran-Pri turnirində daha bir qızıl medal qazanıb.

mediasport.az xəbər verir ki, Paralimpiya çempionumuz 100 metr məsafəyə qaçış yarışlarında 12.45 saniyə nəticə göstərərək birinci olub.

Lamiyə Vəliyeva bu nəticə ilə iyulda Parisdə keçiriləcək atletika üzrə Dünya çempionatına lisenziya əldə edib.

Paraatletimiz mayın 12-də 400 metr məsafəyə qaçış yarışlarda birinci olub və Dünya çempionatına vəsiqə qazanıb