Azərbaycan yığmasının lideri Polşada Avropa çempionu oldu

Azərbaycan yığmasının lideri Polşada Avropa çempionu oldu

Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və "beach sprint" üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər.

Mediasport.az xəbər verir ki, yığma komandanın lideri Diana Dımçenko bir nəfərlik qayıqda əvvəlcə təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak etmək hüququ əldə edib.

Finalda 5-ci sırada mübarizə aparan idmançı İrlandiyadan olan rəqibi Monika Dukarska və finlandiyalı Eava Karpineni geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.

İki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman Klubunun üzvləri Murad Sadıqov-Boqdan Qladçenko cütlüyü A finalında 6-cı yeri tutublar.